ABŞ də 1/8 finala çıxdı - DÇ səhəri

2.07.2026 09:18 39
Dünya futbolu / DÇ 2026
Bu gün səhər saatlarında futbol üzrə dünya çempionatında 1/16 finalın növbəti oyunu keçirilib.

Bosniya və Hersoqovina ilə qarşılaşan ABŞ yığması inamlı qələbə qazanıb – 2:0. Təşkilatçı ölkənin komandası Folarin Baloqunun 64-cü dəqiqədə meydandan qovulması üzündən azlıqda qalıb.

ABŞ – Bosniya və Hersoqovina 2:0
Folarin Baloqun, 45. Malik Tillman, 82.

Artıq 1/8 final cütlərindən beşi formalaşıb: Kanada – Mərakeş, Paraqvay – Fransa, Braziliya – Norveç, Meksika – İngiltərə, ABŞ – Belçika.

Bu gün və sabah səhər saatlarında dünya çempionatında üç oyun keçiriləcək:

23.00. İspaniya – Avstriya
03.00. Portuqaliya – Xorvatiya
07.00. İsveçrə - Əlcəzair