Baş məşqçi əsas qapıçını seçdi

31.05.2024 16:00 163
Dünya futbolu
Almaniya yığmasının AÇ-2024-dəki əsas qapıçısının kim olacağı müəyyənləşib.

Bu məsələyə baş məşqçi Yulian Naqelsmann aydınlıq gətirib. O, mətbuat konfransında belə deyib:

“Ter Ştegenə dedim ki, şadam ki, ikinci dünya səviyyəli qapıçımız var. Manuel Noyer qitə çempionatında əsas qapıçı olacaq”.

Avropa çempionatı Almaniyada iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Naqelsmannın çalışdırdığı komanda qrup mərhələsində Şotlandiya, Macarıstan və İsveçrə ilə mübarizə aparacaq.