"İmişli" Kaşkilya ilə yolları ayırdı

29.06.2026 17:10 22
Ölkə futbolu
"İmişli" baş məqşçi Jorj Kaşkilya ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə başa çatan müqavilə yenilənməyib. Bölgə təmsilçisi həmçinin onun köməkçiləri Kriştianu De Souza və Gilyerme Kadete ilə də əməkdaşlığa son verib.

Kaşkilya ötən ilin yayından "İmişli"ni çalışdırırdı.