“Qarabağ”dan ilk transfer

10.06.2024 20:05 337
Premyer-liqa / Manşet
”Qarabağ” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

“Football-plus.az” xəbər verir ki, qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib. Bunu klubun mətbuat xidməti açıqlayıb. Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiperlə üç illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

Qeyd edək ki, klubun yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.