“Sabah” qapıçısının problemindən xəbərsizdi

20.10.2024 13:58 352
Aktual / Ölkə futbolu
U-21-in baş məşqçisi Samir Əliyev komandanın son oyunlarda üzləşdiyi uğursuzluqdan danışarkən qapıçı problemini də qabardıb:

“Böyük Britaniyaya yollananda viza problemləri ilə üzləşdik. Bir Samiqullinin, bir də Xəyal Fərzullayevin vizası var idi. Üçüncü qapıçı Rəvan Kazımov isə bizimlə ilk dəfə səfərə gedirdi. O da zədəli idi, gipsi qolundan yenicə çıxarmışdı. Yusif İmanovun viza problemi var, Rza Cəfərov əsas yığmadadı. Amin Ramazanov zədəlidi, 6 aylığa sıradan çıxıb”.

Yusifin viza probleminin nə ilə bağlı olduğunu “Sabah”ın mətbuat xidməti rəhbəri Elnur Həmidovdan soruşduq. O, qəzetimizə açıqlamasında klubun bundan xəbərsiz olduğunu söylədi.

ƏSƏD SEYİDOV