1-ci liqada və Əvəzedicilər liqasında 2023/24 mövsümünün bombardirlərinə xüsusi hədiyyələr təqdim olunub.
"Football-plus.az" xəbər verir ki, MOİK-in hücumçusu Elmir Rəhimzdə 17 qolla 1-ci liqada, “Qəbələ-2” komandasının futbolçusu Sənan Ağalarov 30 qolla Əvəzedicilər liqasında mövsümünün ən sərrast futbolçusu seçilib.
Onlara mükafatları Peşəkar Futbol Liqasında qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.