“Şəfa” təcrübəli futbolçuları yola saldı – “Bizi qane etmədilər”

16.01.2026 12:54 64
Ölkə futbolu / Aktual
1-ci liqa iştirakçısı olan “Şəfa” qış fasiləsində 4 futbolçu ilə yolları ayırıb. Söhbət Amil Yunanov, Amir Ebrahimzadə, Ədilxan Qarəhmədov və Seymur Rəhimovdan gedir. Burda diqqəti çəkən məqam hər bir oyunçunun ciddi təcrübəyə malik olmasıdı.

Maraqlıdı, paytaxt təmsilçisinin futbolçularla vidalaşmasının xüsusi səbəbi varmı?

“Football-plus.az”ın sualını bakılıların baş məşqçisi Elgiz Kərəmli cavabladı:
“Həmin oyunçular komandanın aparıcı üzvü deyildi. Az şans verdiyimiz futbolçular idi. Başqa sözlə, bizi qane etmədilər. Bu səbəbdən yolları ayırdıq. Hələ müqavilə ilə bizə məxsusdular. Kompensasiyaların ödənilməsi yönündə danışıqlar gedir. Yəqin ki, 3-4 gün ərzində bu proses yekunlaşacaq. Əvəzində bir-iki yerli, premyer-liqa təcrübəsi olan futbolçular transfer etmək istəyirik. Axtarışlar hücum xətti üçündü”.
Xatırladaq ki, “Şəfa” qış fasiləsinə 30 xalla lider yollanıb. Paytaxt klubu ən yaxın izləyicisi “Baku Sportinq”dən 5 xal öndədi.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul