AFFA rəsmisi FİFA-nın sammitində iştirak edir

10.04.2025 12:56 13
Ölkə futbolu
AFFA-nın Hüquq şöbəsinin rəisi Günay Zamanlı Braziliyanın Rio de Janeyro şəhərində keçirilən FIFA Komplayens Sammitində iştirak edir.

"Football-plus.az" xəbər verir ki, tədbirdə FİFA-nın üzv assosiasiyalarında komplayens sistemlərinin gücləndirilməsi, etik prinsiplərin tətbiqi və beynəlxalq əməkdaşlığın inkişafı mövzusunda müzakirələr aparılır.

Günay Zamanlı sammit çərçivəsində beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi apararaq AFFA-nı bu sahədə təmsil edir.