Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı duelinin qalibi bəlli oldu

21.02.2026 18:59 11
İdman
Şahmat üzrə ölkə çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.

"Football-plus.az" xəbər verir ki, cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.

Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub. Ağ fiqurlarla çıxış edən Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan Məhəmməd ölkə çempionu tituluna sahib çıxıb.

Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.

Hazırda digər görüşlər davam edir.