"Zirə"nin legioneri 6-8 ay oynamayacaq

1.06.2026 13:14
Ölkə futbolu
“Zirə”nin futbolçusu Enrike Kustodio vətəni Braziliyada ön çarpaz bağ əməliyyatı olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin 6-8 ay sonra yaşıl meydanlara dönəcəyi bildirilib.

2025-ci ilin senytabr ayından "Zirə"də çıxış edən Kustadio başa çatan mövsümdə 29 oyunda meydana çıxıb.