"Zirə" legioneri ilə vidalaşdı

10.06.2024 13:30
Ölkə futbolu
"Zirə” futbolçusu Dimitrios Çantakiasla yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.

Yunanıstanlı müdafiəçi ilə klub arasında müqavilənin müddəti başa çatıb.

Qeyd edək ki, Çantakias 2020-ci ildən "Zirə"də çıxış edirdi.