Məhəmməd İhattaren polis tərəfindən saxlanılıb. Bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Football-plus.az xəbər verir ki, “Yuventus”un 21 yaşlı yarımmüdafiəçisi keçmiş sevgilisi, “Tik Tok” bloggeri Yasminə təcavüz etməkdə şübhəli bilinir. İtaliya polisi fevralın 13-də Məhəmmədi öz evində sorğu-suala şəkib. Sonra gənc futbolçu nəzarətə götürülüb və saxlanılıb.
İhattaren “Yuventus”a 2021-ci ildə PSV-dən keçib. Amma indiyədək rəsmi oyunda komandanın formasını geyməyib. O, icarə əsasında “Sampdoriya”, “Yonq Ayaks” və “Ayaks”da da oynayıb.