21 yaşadək futbolçulardan ibarət millimizin heyətində dəyişiklik baş verib.
"Football-plus.az" xəbər verir ki, “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən U-21-in düşərgəsindən ayrılıb.
Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.
Xatırladaq ki, U-21 mayın 28-dən Bakıda hazırlığa start verib. Komanda bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Türkiyədəki hazırlıq çərçivəsində millimiz 6 iyunda Bəhreyn, 9 iyunda isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.