Almaniya bundesliqasında 2024/25 mövsümünün ən yaxşı futbolçusunun adı açıqlanıb. Bu nominasiyanın qalibinin kimliyi heç kimi təəccübləndirməyib.
“Bavariya”nın hücumçusu Harri Keyn bütün həmkarlarını arxada qoyub. Bu məlumatı turnirin rəsmi saytı yayıb. Qeyd edək ki, 31 yaşlı futbolçu cari mövsümdə 26 qolla bundesliqanın bombardiri olub. “Bavariya” ilə bu liqanın çempion kimi başa vuran ingilis forvard karyerasında ilk titulunu qazanıb.