“Çelsi”nin yeni baş məşqçisi böyük ölçüdə müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, “Real”ın sabiq çalışdırıcısı Xabi Alonso İngiltərə klubu ilə razılığa gəlib. Tanınmış jurnalist Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, London klubu ispaniyalı mütəxəssislə 2030-cu ilin iyununa qədər qüvvədə olacaq 4 illik müqavilə imzalayacaq. Tərəflər arasında bütün detalların razılaşdırıldığı və Alonsonun yaxın günlərdə Londona yollanacağı qeyd olunur.
Xatırladaq ki, ispaniyalı mütəxəssis cari mövsümə “Real”da başlayıb və qeyri-qənaətbəxş nəticələrə görə yanvarın 12-də istefaya göndərilib.