Tezliklə İstanbula qayıda bilər

17.05.2026 23:58 99
Dünya futbolu
Jorje Jezuş mövsümün sonunda “Əl-Nəssr”in baş məşqçi vəzifəsndən ayrıla bilər.

"Football-plus.az" xəbər verir ki, 71 yaşlı mütəxəssis qərarı barədə artıq klub rəhbərliyini məlumatlandırıb. Mənbənin iddiasına görə, Jezuş Səudiyyə Ərəbistanındakı işini başa vurmaq və karyerasını başqa ölkədə davam etdirmək niyyətindədi. “Əl-Nəssr” çempionluq uğrunda mübarizəni davam etdirir. Komanda, həmçinin Asiya Çempionlar Liqası-2-nin “Qamba Osaka” ilə finalına hazırlaşır.

Məlumata görə, mayın sonunda Jezuşun Lissabonda “Fənərbaxça” rəsmiləri ilə görüşü planlaşdırılıb. Türkiyə klubu məşqçiyə mövsümə təxminən 15 milyon avro maaş nəzərdə tutan müqavilə təklif etməyə hazırdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul