Milli Macarıstanda iki qələbə qazandı

16.05.2026 14:03 90
İdman
Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət millimizin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, hazırlıq prosesi çərçivəsində komanda Macarıstan yığması ilə birgə məşqlər edib, həmçinin iki yoxlama oyunu keçirib. Matçlar yığmamızın qələbəsi ilə (3:0, 3:1) yekunlaşıb. Hazırlığın növbəti mərhələsində komanda Macarıstandan Sloveniyaya yola düşüb və mayın 29-dək Maribor şəhərində təlim-məşq toplanışını davam etdirəcək. Burda da yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulur.

Yığma Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millinin rəqibləri İsveç və Estoniya seçmələri olacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul