Yığmamız Maribor şəhərinə yollanıb

21.05.2024 13:52 160
İdman / Yığma
Qızıl Avropa Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Xorvatiyada baş tutan ilk turun oyunlarının ardından Sloveniyaya yollanıb.

“Football-plus.az” xəbər verir ki, Maribor şəhərində bir neçə günlük məşq prosesi keçdikdən sonra komandamızın üzvləri sabah İstanbula, mayın 22-də isə 2-ci tura ev sahibliyi edən Rumıniyaya yola düşəcəklər.

Qeyd edək ki, Azərbaycan yığması ikinci turda Rumıniya və İsveç komandaları ilə üz-üzə gələcək.