Rusiya ilə müharibənin davam etməsi “Şaxtyor”a növbəti zərbəni vurub.
Bir sıra legionerlərdən sonra Ukrayna klubunu Dodo da tərk edib. 23 yaşlı braziliyalı müdafiəçi “Fiorentina”ya satılıb. İnsayder Canluka Di Martsionun yaydığı məlumatda İtaliya klubunun Dodoya görə 18 milyon avro xərcə düşdüyü bildirilib. Gənc futbolçu florensiyalılarla 5 illik müddətə anlaşıb. O, yeni iş yerində ilə 1,5 milyon avro məvacib alacaq.