"Qarabağ" tarixində 20-ci titulunu qazanıb

3.06.2024 11:09 129
Ölkə futbolu
“Qarabağ” tarixində 20-ci titulu qazanıb.

"Football-plus.az" xəbər verir ki, Ağdam klubu buna ölkə kubokunu qazanmaqla nail olub.

Qurban Qurbanovun komandası finalda “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib. “Qarabağ” 8-ci dəfə ölkə kubokunu qazanmaqla həm də 6-cı “Qızıl dubl”una imza atıb. Hər iki göstəricidə özünün sahib olduğu rekordu yeniləyən Ağdam təmsilçisi tarixində yubiley titulunu əldə edib.

Hesabında 11 çempionluq (1993, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24) və 8 kubok (1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24) olan “Qarabağ” 1993-cü ildə Superkuboka da sahib çıxıb. "Qarabağ" titul sayında da ölkə rekordunu yeniləyib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul