Final və 3-cü yer uğrunda oyunun yeri - Region Liqası

15.05.2025 21:59 26
Ölkə futbolu
AFFA Region Liqasının 2024/25-ci illər mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlama saatı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, yarışın həlledici matçları mayın 22-də Qəbələdə təşkil olunacaq. İlk olaraq saat 14.00-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında 3-cü yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 17.00-da Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq.

Qeyd edək ki, AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Cavab görüşləri mayın 18-də olacaq.