Nihat Kahveci ''TRT Spor''dan ayrıldı

6.08.2023 17:51 213
Dünya futbolu
Ötənlərin məhşur futbolçularından biri olan, son illərdə isə şərhçi kimi fəaliyyət göstərən Nihat Kahvecidən xəbər var.

“Football-plus.az” xəbər verir ki, 44 yaşlı sabiq oyunçu öz ''tvitter'' səhifəsində paylaşım edərək iş yerini dəyişdiyini açıqlayıb. Buna qədər ''TRT Spor''da oyunları şərh edən Nihat dövlət kanalından ayrıldığını bildirib. O, bundan sonra ''NutSpor'' adlı ''yutub'' kanalında oyunları şərh edəcək. ''Beşiktaş''ın yetirməsi olan Kahveci daha çox İspaniya karyerası ilə məhşurdu. Təxminən 20 il öncə o, İspaniyada fırtına kimi əsirdi. Nihat ''Real Sosyedad''da 133 oyuna 58 qol vuraraq böyük iz buraxmışdı.