İki cüdoçumuz mübarizəyə başlayır - "Böyük Dəbilqə"

9.05.2026 11:23 23
İdman
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

"Football-plus.az" xəbər verir ki, iki cüdoçumuz bu gün mübarizəyə qoşulacaq.

Rəşid Məmmədəliyev (73 kq) 1/8 finalda Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni mərhələdə Südabə Ağayeva (70 kq) isə almaniyalı Miriam Butkereytlə qarşılaşacaq.

Xatırladaq ki, "Böyük Dəbilqə" mayın 10-da başa çatacaq.