Mahir şans qazandı, "Kayzerslautern" qələbə

9.05.2026 10:00 37
Dünya futbolu
2-ci bundesliqada 33-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Mahir Emrelinin formasını geydiyi “Kayzerslautern” “Arminiya Bilfeld”i qəbul edib. Son 3 turda xal qazana bilməyən Mahirin komandası bu görüşdə qələbə həsrətinə son qoyub.

Mahir də bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan Emreli 65-ci dəqiqədə Norman Bassettenin əvəzinə meydana çıxıb. Bununla da 4 turdan sonra meydana qayıdıb. Emreli sonuncu dəfə aprelin 4-də “Düsseldorf”la görüşdə forma geymişdi.

Qələbə sayəsində xallarının sayını 49-a çatdıran “Kayzerslautern” 6-cı pilləyə yüksəlib.