"Qarabağ"ın hücumçusu Musa Qurbanlının durumuna aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, Misli premyer-liqasının 30-cu turunda “Turan Tovuz”la (2:1) görüşdə zədələnmiş futbolçunun mövsümün qalan hissəsində meydana çıxmayacağı dəqiqləşib. Həkim müayinəsindən sonra onun dizindəki zədənin ciddi olduğu ortaya çıxıb.
Musa 10-cu dəqiqədə zədələnərək əvəzlənmişdi.