Azərbaycanı "Böyük Dəbilqə"də təmsil edəcək cüdoçular - SİYAHI

6.05.2026 10:00 40
İdman
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 8–10 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada "Böyük Dəbilqə" turniri keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, yarışda 7 çəki dərəcəsində 11 cüdoçumuz (6 kişi, 5 qadın) mübarizə aparacaq. Onlara kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.

Millimizin heyəti
Kişilər
-66 kq

Rəşad Yelkiyev
Turan Bayramov

-73 kq
Rəşid Məmmədəliyev

-90 kq
Aslan Kotsoyev

+100 kq
Camal Feyziyev
Uşanqi Kokauri

Qadınlar
-48 kq

Könül Əliyeva
Şəfəq Həmidova

-52 kq
Gültac Məmmədəliyeva
Leyla Əliyeva

-70 kq
Südabə Ağayeva