Cəlalın komandası uduzdu

27.04.2026 12:54 28
Dünya futbolu
Cəlal Hüseynovun formasını geydiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, sözügedən komanda 31-ci turda öz meydanında “Botev”lə qarşılaşıb. Matç “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:2.

Cəlal oyuna ehtiyatda başlayıb. O, 46-cı dəqiqədə - hesabda 0:1 geridə olduqları vaxt meydana daxil olub.

“Arda” 44 xalla 7-ci pillədə qərarlaşıb.