Cəlalın komandası xal itirdi

29.11.2025 10:00 12
Dünya futbolu
Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında 17-ci turun oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə Sofiya “Lokomotiv”i ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə başa çatıb - 0:0.

Cəlal meydana start heyətində çıxıb və sona qədər oynayıb.

“Arda” 20 xalla 10-cu pillədə qərarlaşıb.