Jezuşun vəkilindən Ronaldoya sərt sözlər - ''Həqiqəti deyənlərdən uzaqlaşır''

17.10.2026 18:53 36
Dünya futbolu
Portuqaliya yığmasında Kriştiano Ronaldo ilə bağlı qalmaqal hələ də yoluna qoyulmayıb.

Məlum olduğu kimi yığmanın kapitanı və ulduzu baş məşqçi Jorje Jezuşun sözlərindən inciyərək komandanın düşərgəsini icazəsiz tərk etmişdi. Federasiya Ronaldonun müvəqqəti yığmadan kənarlaşdırıldığını açıqlayıb. Ona 1-6 oyunluq cəza verilməsi gündəmdədi.

Bu arada Jorje Jezuşun təmsilçisi və vəkili Luiş Migel Enrike öz ''iks'' səhifəsində Kriştiano ilə bağlı tənqidi fikirlər yazıb:

''Ronaldo hərəkətləri, özünü bu şəkildə aparması və statistik göstəricilərə olan hədsiz meyli üzündən faktiki olaraq rəqiblərin edə bilmədiyini özü edir. Yəni bu vaxta qədər bizə yaşatdığı bütün xoş məqamları, uğurlu xatirələri unutdurur. Ronaldo öz ətrafına yalnız eşitmək istədiyi sözləri ona deyən insanları toplayıb. Həqiqəti deyən insanlardan isə tədricən uzaqlaşır. Özünü heç kimdən asılı olmayan və heç kimi qəbul etməyən Tanrı kimi aparır. Amma belə Tanrıların sonu adətən eyni cür bitir. Onlar olimpin zirvəsində tənha qalırlar və ətraflarında güzgüdən başqa heç nə olmur''.