“Neftçi”ni ən azı 8000 azarkeş dəstəkləyəcək! - derbidən ən yeni xəbər

17.10.2026 18:12 54
Ölkə futbolu
Məlum olduğu kimi, bu gün ölkə derbisi keçiriləcək. Premyer-liqanın 8-ci turunda “Qarabağ” “Neftçi”ni Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

“Neftçi”nin rəsmi açıqlamasında komandanın azarkeşləri üçün 21, 22 və 23-cü sektorlarda, fan-klubu “Forza Neftçi”nin üzvləri üçün isə 25, 26, 27 və 28-ci sektorlarda biletlərin satışa çıxarıldığı bildirilmişdi.

Bizə çatan bilgiyə görə, “Neftçi”nin neytral sektorlarda – 21, 22 və 23-cü sektorlarda əyləşəcək azarkeşləri üçün 3 min bilet satılıb. “Forza Neftçi”nin yerləşəcəyi qapı arxası sektorlara – 25, 26, 27 və 28-ci sektorlara isə 5500 blet alınıb.

Bu gün keçiriləcək derbidə “Neftçi”yə ümumilikdə 8 mindən çox azarkeşinin dəstək verəcəyi gözlənilir. Maraqlıdı, görəsən, "Qarabağ”ın azarkeşlərinin sayı nə qədər olacaq?

İSRAYIL XEYRULLAYEV