Almaniyalı əfsanə ''Beşiktaş''ı təriflədi - ''dərsliklərə düşəcək qədər...''

17.10.2026 15:40 45
Dünya futbolu
''Beşiktaş''ın Vinçentso İtalyano ilə yüksəlişi dünya futbolunun əfsanəsi Lotar Matteusun da diqqətini cəlb edib. Məlum olduğu kimi İstanbul nəhəngi bu həftə Avropa Liqasında səfərdə bundesliqa təmsilçisi ''Hoffenhaym''I 3:2 məğlub etdi. RTL kanalında qarşılaşma ilə bağlı fikirlərini bölüşən Matteus ''ağ-qaralar''ın xüsusilə əks-hücum bacarığına tərif yağdırıb: ''İtaliyalı məşqçi Türkiyədə ilk mövsümünü keçirməsinə baxmayaraq hiss olunur ki, işinin öhdəsindən yaxşı gəlir və hər kəslə münasibətləri qaydasındadı. Əla komanda qurub. ''Beşiktaş''ın keçid oyununda əks-hücumlardan vurduğu iki qol futbol dərsliklərinə düşəcək qədər gözəl alındı. Meydanda iki komanda arasındakı güc fərqi aşkar şəkildə göründü. Bu komanda futbol oynamaqdan həqiqətən də böyük zövq alır''. Qeyd edək ki, ''Beşiktaş'' AL-in liqa mərhələsinə ardıcıl 2 qələbə ilə start verib. Ümumilikdə komanda bu mövsüm avrokuboklarda İtalyano ilə keçirdiyi 8 oyunun 7-də qalib gəlib.