Prezident İlham Əliyev bu idmançıları mükafatlandırdı - SƏRƏNCAM

3.08.2022 17:24 441
İdman / Manşet
Prezident İlham Əliyev Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən 16-cı Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Football-plus.az xəbər verir ki, sərəncama əsasən, Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən 16-cı Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılırlar:

- Birinci yeri tutan hər bir idmançı – 10 000 manat, onun şəxsi məşqçisi – 5000 manat;

- İkinci yeri tutan hər bir idmançı – 7000 manat, onun şəxsi məşqçisi – 3500 manat;

- Üçüncü yeri tutan hər bir idmançı – 5000 manat, onun şəxsi məşqçisi – 2500 manat;

- Komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).