AFFA-nın vitse-prezidenti Gürcüstan – İspaniya oyununda

12.11.2025 15:00 17
Ölkə futbolu
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 15-də keçiriləcək Gürcüstan – İspaniya oyununun FİFA komissarı olacaq.

E qrupunun qarşılaşması Tbilisidə yerləşən Boris Payçadze adına stadionda təşkil olunacaq.