AFFA rəsmisi UEFA-dan təyinat aldı

10.11.2024 17:53 243
Ölkə futbolu
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Roma” (İtaliya) – “Lion” (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.

A qrupunun qarşılaşması noyabrın 13-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda baş tutacaq.