Markus Reşfordun yayda İngiltərəyə qayıtmamaq ehtimalı artıb.
"Football-plus.az" xəbər verir ki, “Barselona” onu heyətində saxlamağı planlaşdırır.
İspaniya klubu xidmətindən icarə əsasında yararlandığı hücumçunu birdəfəlik transfer etmək üçün “Mançester Yunayted”lə danışıqlar aparır. Kataloniyalılar qiymətdə endirim əldə etməyə çalışırlar. Jurnalist Nikolo Skiranın məlumatına görə, artıq futbolçu ilə müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilənin şərtləri razılaşdırılıb.
Reşford bu mövsüm “Barselona”nın heyətində 45 matçda meydana çıxıb, 13 qol vurub və 13 məhsuldar ötürmə edib.