Yayda vətəninə qayıda bilər

5.04.2025 23:01 6
Dünya futbolu
Sandro Tonali yayda vətəninə qayıda bilər.

İtaliyalı futbolçu “Yuventus”un hədəfinə düşüb. “La Gazzetta dello Sport”un yazdığına görə, “Nyukasl”ın yarımmüdafiəçisi Turin klubuna 45 milyon avroya başa gələ bilər.

Tonali İngiltərə klubunda 2023-cü ildən çıxış edir. O, ağ-qara formada bu mövsüm meydana çıxdığı 36 oyunda 4 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub.