19 yaşadək futbolçulardan ibarət millimizin heyətində dəyişiklik edilib.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
“Neftçi”nin futbolçusu Həsən Mahmudov zədə səbəbindən yığmadan kənarda qalıb. Onun əvəzinə “Qəbələ”nin oyunçusu Ömər Kərimov düşərgəyə qoşulub.
Qeyd edək ki, U-19-un Qəbələdə təlim-məşq toplanışı iyunun 11-dək davam edəcək.