Braziliya çempionatında martın 18-dən aprelin 5-nə qədər 4 tur keçirildi. 7-10-cu turların oyunlarından sonra turnir cədvəlində önəmli dəyişikliklər baş verdi. Əsas fakt isə liderin dəyişməsi oldu.
A seriyasında 6-cı turdan sonra turnir cədvəlinə “San Paulu” başçılıq edirdi. Xəbər verdiyimiz kimi, rəhbərlik baş məşqçi Ernan Krespo ilə yolları ayırıb. Argentinalı mütəxəssisin yerinə təyinat alan Rojer Maşado komandadakı fəaliyyətinin ilk iki matçında qələbəyə nail olmuş, “San Paulu” ardıcıl 4-cü qələbə ilə vahid liderliyi ələ almışdı. Lakin Maşadonun yeni komandası növbəti oyunlarda uğurlu seriyanı davam etdirə bilmədi. “Atletiko Mineyro” və “Palmeyras”a 0:1 hesabıyla uduzan “üçrənglilər” 4 turluq seriyada xallarını “İnternasyonal” (1:1) və “Kruzeyro”dan (4:1) aldılar. Qısası, 4 oyuna bir o qədər xal qazana bilən san paululular zəif nəticə ilə 1-ci yeri əldən verdilər.
Martın ortalarında topların daha yaxşı fərqinə əsasən 2-ci yerdə olan “Palmeyras” 4 oyunda mümkün olan xalların hamısını toplaya bildi. Son mövsümün gümüş mükafatçısı azarkeşlərini “Botafoqo” (2:1), “San Paulu” (1:0), “Qremio” (2:1) və “Bayya” (2:1) üzərindəki qələbələrlə sevindirdi. Çempionatdakı qələbə seriyasını 5 oyuna çatdıran Abel Ferreyranın komandası yenidən liderliyi ələ aldı. “Palmeyras” indi “San Paulu”nu 5 xal qabaqlayır.
6-cı turdan sonra vitse-çempion kimi 13 xala malik olan “Fluminense” üçün son 4 oyun nəticə baxımından yaxşı alındı. Yalnız səfərdə “Vasku da Qama”ya uduzan (2:3) Luis Subeldiyanın komandası “Atletiko Mineyro” (1:0), “Korintians” (3:1) və “Koritiba” (1:1) ilə duellərdə 7 xal qazandı. Bu nəticə rio de janeyroluların 3-cü yerdə qalmasına şərait yaratdı. 20 xala malik “Fluminense” indi 2-ci yerdəki “San Paulu”dan yalnız topların fərqinə əsasən geri qalır.
Martın ortalarında 4-cü yerdə olan “Bayya” 4 oyuna 6 xal qazandı. Bu nəticə salvadorluların mövqeyini itirməsinə yol açdı. Belə ki, onlar kimi bir oyun az keçirən “Flamenqo” tədricən böhrandan çıxmağı bacardı. Mövsümə zəif başlayan, buna görə Filipe Luisi baş məşqçi vəzifəsindən qovan son çempion Leonardo Jardimin rəhbərliyi altında keçirdiyi ilk iki matçda maksimum xal qazanmışdı. Rio de janeyrolular sonrakı 4 oyunda hesabına 7 xal yaza bildilər. Bu nəticə ehiyatda bir oyunu olan “Flamenqo”nu topların fərqinə əsasən 5-ci yerdən 4-ə qaldırdı. Çempion indi liderdən 8 xal geri qalır.
Son turlarda diqqəti daha çox cəlb edən digər iki faktı da qeyd edək. Ötən mövsümün bürünc mükafatçısı olan “Kruzeyro”da baş məşqçi Titenin uğursuz nəticələrə görə istefaya göndərildiyini xatırladaq. 64 yaşlı mütəxəssisin yerini tutan Artur Jorjenin gəlişi vəziyyəti heç də yaxşılaşdırmayıb. 10 oyuna hesabına 7 xal yaza bilən “Kruzeyro” 19-cu yerdədi. A seriyasında sonuncu yeri isə bir oyun az keçirən “Mirassol” tutur. Bu komanda ötən mövsümü 4-cü yerdə başa vurmaqla tarixində ilk dəfə Libertadores Kubokuna vəsiqə qazanmışdı...
7-ci tur
Atletiko Mineyro - San Paulu 1:0
Roman, 64.
Palmeyras – Botafoqo RJ 2:1
Allan, 9. Aryas, 53 – Danilo, 59.
Vasku da Qama - Fluminense 3:2
Moreyra, 59. Spinelli, 88. Tyaqo Mendes, 90+5 - Kanobbio, 1. Erkules, 54.
Bayya - Braqantino 2:0
Juba, 17. E.Luis, 40.
Flamenqo – Remo 3:0
Ortis, 19. Leno, 48. Arauxo, 54.
Atletiko Paranaense - Kruzeyro 2:1
Mendosa, 1. Viveros, 10-p. – Vilarreal, 58.
Mirassol - Koritiba 0:1
Laveqa, 64.
Santos - İnternasyonal 1:2
Neymar, 56-p. – Ze İvaldo, 46-öz qapısına. Karbonero, 90+5.
Qremio - Vitoriya 2:0
Kamutanqa, 27-öz qapısına. Amuzu, 54.
Şapekoense - Korintians 0:0
8-ci tur
San Paulu - Palmeyras 0:1
Aryas, 6.
Fluminense - Atletiko Mineyro 1:0
Kastilyo, 29.
Remo - Bayya 4:1
Bueno, 45+9. Talyari, 49; 58. Jaja Silva, 83 – Everaldo, 32.
Korintians - Flamenqo 1:1
Yuri Alberto, 19 – Lukas Paketa, 3.
Atletiko Paranaense - Koritiba 2:0
Dudu, 22. Viveros, 56.
Kruzeyro – Santos 0:0
Vasku da Qama - Qremio 2:1
Tyaqo Mendes, 7. Korrea, 34 - Vinisius, 38.
İnternasyonal - Şapekoense 2:0
Merkado, 28. Alan Patrik, 51-p.
Vitoriya - Mirassol 1:0
Baralyas, 28.
Braqantino - Botafoqo RJ 1:2
Lukas Barboza, 15 – Telles, 8-p. Aleksander Barboza, 71.
9-cu tur
İnternasyonal - San Paulu 1:1
Alerrandro, 23 - Kalyeri, 87.
Palmeyras - Qremio 2:1
Marlon, 44; 72 - Vinisius, 54.
Fluminense - Korintians 3:1
Kennedi, 20. Erkules, 45+3. Kastilyo, 83 – Andre Luiz, 89.
Bayya - Atletiko Paranaense 3:0
Everaldo, 3; 35. Juba, 90+3.
Braqantino - Flamenqo 3:0
Pitta, 17. Qabriel, 39. Lukas Barboza, 55.
Botafoqo RJ - Mirassol 3:2
Kabral, 11. Telles, 43-p. Junior Santos, 66 – Şeylon, 21. Formiqa, 90+3.
Kruzeyro – Vitoriya 3:0
Kristian, 33. Moraes, 36. Kayo Jorje, 39.
Koritiba - Vasku da Qama 1:1
Saldiviya, 90-öz qapısına – Tçe Tçe, 24.
Şapekoense - Atletiko Mineyro 0:4
Bernard, 23. Reynyer, 30. Kuelyo, 35. Dudu, 90+5.
Santos - Remo 2:0
Tasiano, 40. Moyses, 82.
10-cu tur
San Paulu - Kruzeyro 4:1
Kalyeri, 12-p. Ferreyra, 16; 62; 90+1 - Kristian, 67.
Bayya - Palmeyras 1:2
Duarte, 58 – Aryas, 42. Minqo, 88-öz qapısına.
Koritiba – Fluminense 1:1
Tyaqo, 74 – Kennedi, 81.
Flamenqo - Santos 3:1
Pedro, 64. Jorjinyo, 75-p. Lukas Paketa, 89 – L.Dias, 48.
Vasku da Qama - Botafoqo RJ 1:2
Korrea, 61 - Vilyalba, 66. Martins, 79.
Şapekoense – Vitoriya 1:1
Pessoa, 87 – Mateuzinyo, 90+3-p.
Atletiko Mineyro - Atletiko Paranaense 2:1
Uqo, 6. Skarpa, 80 – Julimar, 88.
Korintians – İnternasyonal 0:1
Bernabey, 78.
Mirassol - Braqantino 0:1
Pitta, 51.
Qremio - Remo 0:0
5-ci turdan təxirə salınan oyun
Atletiko Paranaense - Botafoqo RJ 4:1
Viveros, 4; 45+3. Agirre, 49. Eskivel, 81 – Edenilson, 43.
1. Palmeyras 10 8 1 1 21-10 25
2. San Paulu 10 6 2 2 15-7 20
3. Fluminense 10 6 2 2 17-11 20
4. Flamenqo 9 5 2 2 16-9 17
5. Bayya 9 5 2 2 13-9 17
6. Atletiko Paranaense 10 5 1 4 15-13 16
7. Koritiba 10 4 3 3 11-10 15
8. Atletiko Mineyro 10 4 2 4 14-12 14
9. Braqantino 10 4 2 4 10-10 14
10. Botafoqo RJ 9 4 0 5 16-19 12
11. Qremio 10 3 3 4 14-14 12
12. Vasku da Qama 10 3 3 4 15-16 12
13. İnternasyonal 10 3 3 4 9-10 12
14. Vitoriya 9 3 2 4 9-14 11
15. Santos 10 2 4 4 13-16 10
16. Korintians 10 2 4 4 8-11 10
17. Şapekoense 9 1 5 3 10-16 8
18. Remo 10 1 4 5 10-17 7
19. Kruzeyro 10 1 4 5 12-20 7
20. Mirassol 9 1 3 5 10-14 6
Bombardirlər: Vinisius (Qremio) - 7, Kalyeri (San Paulu) - 6.