"Kayzerslautern" Mahirsiz qalib gəldi

11.04.2026 17:00 24
Dünya futbolu
Mahir Emrelinin formasını geydiyi "Kayzerslautern" 2-ci bundesliqasında 29-cu tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda "Herta"nın qonağı olub. Berlindəki Olimpiya stadionunda keçirilən matç qonaqların minimal qələbəsi ilə (1:0) yekunlaşıb.

Mahir matçı ehtiyat oyunçular skamyasından izləyib. "Kayzerslautern" 46 xalla 7-ci sıradadı.