"Kayzerslautern" uduzdu, bəs Mahir nə etdi?

8.03.2026 01:49 24
Dünya futbolu
Mahir Emrelinin formasını geydiyi “Kayzerslautern” 2-ci bundesliqada növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, "qırmızı iblislər" “Boxum”un qonağı olub. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb - 3:2.

Mahir də görüşdə iştirak edib. Hücumçu 83-cü dəqiqədə meydana daxil olub.

"Kayzerslautern" 37 xalla 7-ci pillədədi.