Zamiqin komandasından böyükhesablı qələbə

5.04.2026 13:24 45
Dünya futbolu
Albaniya çempionatında 30-cu turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” öz meydanında “Bülis”lə qarşılaşıb. Matç həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb - 3:0.

Zamiq də bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz 79-cu dəqiqədə əvəzlənib.

“Eqnatiya” 54 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda liderdəm - “Vilaznia”dan 2 xal geri qalır.