Məlum olduğu kimi, “Qarabağ” azarkeşi kimi tanınan Zəfər Hacılı dünyasını dəyişib.
Mərhum bir neçə gün əvvəl “feysbuk” səhifəsində nəfəs ala bilməmək, boğulma və güclü öskürək üzündən təcili tibbi yardıma müraciət etdiyini, lakin onunla bağlı heç bir tədbir görülmədiyini bildirmişdi. O, qızdırması aşağı olduğuna görə xəstəxanaya qəbul edilmədiyini, çox ağır vəziyyətdə olduğunu qeyd etmişdi.
Bəs, Ağdam təmsilçisi bu ərəfədə Zəfərin durumuyla maraqlanmışdımı? Ona maddi, mənəvi dəstək göstərilirdimi? Klub nümayəndələri mərhum azarkeşin dəfnində iştirak etdimi?
Bu suallarla “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı: