• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Qarabağ"ın sağlamlıqla bağlı problemləri olan tək azarkeşi mən deyiləm" - Zəfər Hacılı

Aktual

22-03-2023, 23:0

Bir müddət öncə "Qarabağ" azarkeşi olan Zəfər Hacılının vəziyyətinin yaxşı olmadığını, onun müalicəsi üçün pula ehtiyacı olduğunu diqqətinizə çatdırmışdıq.

"Football-plus.az" olaraq tanınmış fanatla əlaqə saxlayıb dərdini dinlədik:

"Məndə bu xəstəlik anadangəlmə var. Uşaqlıqdan serebral iflic diaqnozu qoyulub. 5-6 yaşıma qədər çətinliklə də olsa nəyəsə tutunaraq gəzə, addım ata bilirdim. Sonradan bunu da itirdim, oturaq həyat tərzi keçirməyə başladım. 10-12 yaşımdan isə məndə onurğa əyriliyi yaranmağa başladı. Bu da sırf oturaq həyat, hərəkətsizlik, müalicəsizlik nəticəsində verdi. Başlarda bu, məni narahat etmirdi, ağrılar olmurdu. Görünüş baxımından təbii ki, utanırdım, niyə belə olduğunu anlamırdım, uşaq idim. Son 2,5-3 ildə isə ağrılar dözülməz həddə çatıb, yatmağa belə çətinlik çəkirəm, nəfəs darlığı olur. Bir müddət əvvəl yaxın çevrə, dostlar qərarlaşıb mənim üçün bir yardım kampaniyasına start verdilər. Əslində, bunu mənə daha öncə də dəfələrlə təklif ediblər. Sadəcə, qəbul edə, özümə yaraşdıra bilmirdim ki, necə insanlardan özüm üçün yardım, pul istəyim? Tək problemi, xəstəliyi olan mən deyiləm ki... Ancaq ağrılarım, narahatlıqlarım məni buna məcbur etdi. Çünki getdikcə durumum daha da ağırlaşır. Ağrılardan xilas olmaq, rahat yata bilmək üçün, gələcəyimi düşünərək buna razılıq verdim.

Bəzi insanlar yazır, məndən soruşur ki, niyə "Qarabağ" sənə yardım etmir? Bu kampaniya başlayan ilk gündən klub tərəfindən dəstək hiss etmişəm, istər rəhbərlik, istər oyunçular, istərsə də digər əməkdaşlardan. Bu, həm maddi yardım olub, həm də mənəvi dəstək. Bundan əvvəl də nəyəsə ehtiyacım olduqda dəfələrlə hazır olduqlarını bildiriblər. Sağ olsunlar. Əslində, onlar bunu etməyə də bilərdilər, borcları, belə bir öhdəlikləri yoxdu. "Qarabağ"ın sağlamlıqla bağlı problemləri olan tək azarkeşi mən deyiləm ki. Durub nəsə istəməyə də mənəvi haqqım çatmır. Hər şeydən əlavə, onlar mənim ən böyük xəyalımı, arzumu gerçəkləşdiriblər. Oyunları stadiondan canlı izləmək imkanı qazandım, klubun bazasında oldum, sevimli komandamla, futbolçularla görüşmək, söhbətləşmək şansı əldə etdim. Bunlar xəyalım idi, onların sayəsində gerçək oldu. Onu da bildirim ki, edilən maddi yardımlardan əlavə, "Qarabağ" klubu mənə dəstək məqsədilə hərracda satılması üçün Xarıbülbül simvollu özəl formalar hazırladı, üzərində futbolçuların imzası ilə. Bir azarkeş üçün bunlar böyük məna kəsb edir, insana əlavə stimul, güc verir. Edilən yardımlara, dəstəklərə, xoş münasibətə görə onlara hər zaman minnətdar olacam.

Müalicəm, əməliyyatım üçün tələb olunan məbləğin böyük əksəriyyəti yığılıb. Statusumda da qeyd etdiyim kimi, cəmi 2700 manat çatışmır. Məbləğ tamamlandıqdan sonra xəstəxanaya yatırılacam və müalicə prosesim başlayacaq. Mən demək olar həyatımı xəstəliklərlə keçirsəm də, müalicə olunmamışam, heç bir tibbi yoxlanışdan keçməmişəm. Ən son 20 il əvvəl 5-6 yaşımda həkim müayinəsində olmuşam. Ondan sonra heç nə. Bu da müxtəlif səbəblərdən olub. Buna görə məndə ümumi zəiflik, immun çatışmazlığı yaranıb, çox asanlıqla xəstələnə, soyuqlaya bilirəm, viruslara qarşı həssasam. Həkimlər 30-40 günlük bir müalicə prosesinə ehtiyac olduğunu bildiriblər. Yalnız bundan sonra əməliyyatım mümkün ola bilər. Belə demək olarsa, ağır bir dönəm məni gözləyir. Ancaq düşünürəm heç nə yaşadıqlarımdan daha ağır, daha ağrılı ola bilməz. Özümü psixoloji olaraq tam hazır hiss edirəm. Bu perioda və çox inanıram, ümidliyəm".

İLKİN SULTANLI

"Qarabağ"ın sağlamlıqla bağlı problemləri olan tək azarkeşi mən deyiləm" - Zəfər Hacılı



Paylaş:
Digər xəbərlər

Manşet

18-03-2023, 20:0

"Qarabağ" azarkeşi müalicəsi üçün futbol ictimaiyyətindən kömək istədi - FOTOLAR

Dünya futbolu

16-09-2022, 20:0

''Telefonuna baxanda gözümə inana bilmədim''

Aktual
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
Son xəbərlər
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 15:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 232
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə