Milli komandada debüt etdi

30.03.2026 17:34 13
Dünya futbolu
Lennart Karl Almaniya yığmasında debüt edib.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın 18 yaşlı yarımmüdafiəçisi İsveçrə ilə keçirilən yoldaşlıq oyununda ilk dəfə əsas milli komandada forma geyib. “Sankt-Yakob Park” stadionunda baş tutan matç Almaniyanın 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Karl 63-cü dəqiqədə Leroy Saneni əvəzləyib.

Qeyd edək ki, Lennart cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə verib.