"Neftçi" - "Sabah" oyununa giriş biletsiz olacaq

15.08.2024 15:58 346
Ölkə futbolu
Misli premyer-liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sabah” oyununa giriş sərbəst olacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Avqustun 18-də, saat 20.30-da “Liv Bona Dea Arena”da baş tutacaq oyunu izləmək istəyən azarkeşlər bilet almadan tribunalarda yer tuta biləcəklər.

Qeyd edək ki, “Neftçi Arena”nın ot örtüyünün yararsız hala düşməsi səbəbindən "Neftçi" - "Sabah" görüşünün yeri dəyişdirilib.