"Qarabağ"dan xanım azarkeşlər üçün jest

7.03.2026 23:53 10
Ölkə futbolu
“Qarabağ” xanım azarkeşlərinə jest edib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisini Misli premyer-liqasının 23-cü turu çərçivəsində “Araz-Naxçıvan” ilə keçiriləcək ev onunda komandanı dəstəkləmək istəyən xanım azarkeşlər üçün giriş sərbəst olacaq.

Sabah baş tutacaq "Qarabağ" - "Araz-Naxçıvan" matçına saat 19.15-də start veriləcək.