Bakıda beynəlxalq turnir keçiriləcək

28.03.2026 15:52 6
İdman
10-12 aprel tarixlərində Sərhədçi İdman Mərkəzində “Grand Prix” beynəlxalq karate turniri təşkil olunacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

Bildirilib ki, bu turnir yalnız yarış deyil - gücün, iradənin və qələbə ruhunun meydanıdı.

Azərbaycan idmançıları ilə yanaşı, xarici ölkələrin idmançıları da tatamiyə çıxaraq öz bacarıqlarını nümayiş etdirəcəklər.