Bakıda beynəlxalq turnir keçiriləcək

24.11.2022 10:36 329
İdman
26-27 Noyabr tarixlərində Azərbaycan Karate Təşkilatının "Caspian Open" beynəlxalq karate turniri keçiriləcək.

Football-plus.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının dəstəyi ilə Bakı İdman Sarayında növbəti yarışda 4 ölkədən 1000-dən artıq idmançı iştirak edəcək.

Turnirdə 6-18 yaşlı uşaq, yeniyetmə və gənclər mübarizə aparacaq.

Yarışın açılış mərasimi 27 Noyabr saat 17.00-da keçiriləcək.