Bakıda beynəlxalq turnir keçiriləcək

20.02.2025 16:49 286
İdman
Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə Bakı beynəlxalq turniri keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Turnir fevralın 22-23-də keçiriləcək. Yarış Bakı Atletika Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, turnir qapalı məkanda keçiriləcək.