"Football-plus.az" xəbər verir ki, bu sözləri U-21 millimizin üzvü Oruc Məmmədov AÇ-2027-nin seçmə mərhələsində sabah Poruqaliya keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.
O, Portuqaliya yığmasından çəkinmədiklərini bildirib:
"Bu cür rəqibə qarşı oynamışıq. Təcrübəmiz var. Çalışacağıq ki, xal və ya xallar qazanaq".
21 yaşlı yarımmüdafiəçi deyib ki, əsas millidən dəvət gözləyirmiş:
"Hamının məqsədi əsas milliyə getməkdi. Açığı, əsas millidən dəvət gözləyirdim. Amma məşqçilər korpusu burda oynamağı uyğun görüblər. İstənilən qərara hörmətlə yanaşıram".





